Siyasət

NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil - NATO-nun baş katibindən Ermənistan prezidentinə

22 Oktyabr 2020 13:37
Baxış: 2 497

NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Armen Sarkisyanla birgə mətbuat konfransında deyib.

O, bunu Ermənistan prezidentinə xatırlatdığını vurğulayıb:

"Mən prezidentə xatırlatdım ki, NATO bu münaqişədə iştirak etmir. NATO atəşkəs rejiminin davamlı pozulmasından və insan itkilərindən dərin narahatlığını bildirir. Döyüş əməliyyatlarının başa çatması NATO üçün və beynəlxalq təhlükəsizlik üçün vacibdir, dinc həll yolu tapılmalıdır. Dinc sakinlərə istənilən hücumlar qəbuledilməzdir və dayandırılmalıdır. Bütün tərəflər münaqişənin siyasi həllinin tapılması üzərində işləməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.