Siyasət

Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina etdi - MN

20 Oktyabr 2020 09:14
Baxış: 3 363

Ermənistan silahlı qüvvələrinin muzdlulardan ibarət "Legion" dəstəsi döyüşməkdən imtina edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, düşmənin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion" dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.

Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.