Kanada azərbaycanlıları Gəncədə baş verən terrora etiraz edib
Oktyabrın 18-də Kanadanın Toronto şəhərində soydaşlarımız ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Azərbaycanın mübarizəsini dəstəkləyən həmrəylik yürüşü keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən sülh marşı Kollec/Karlton küçələrinin kəsişməsindən başlayaraq Natan Filips meydanına qədər davam edən mitinqlə başa çatıb. Aksiya iştirakçıları Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən qadınların və azyaşlıların həlak olmasına etiraz olaraq "City Hall"un qarşısında təşkil olunmuş guşəyə gül və oyuncaqlar qoyublar.
Soydaşlarımız bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcəbədi və digər rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri dəfələrlə ağır artilleriya atəşinə tutması, mülki əhalini hədəfə alması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət aparmasının sübutudur. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə, torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləməyə, mülki vətəndaşlara qarşı törədilən terrora biganə qalmamağa səsləyiblər.
Aksiyanın sonunda Kanada azərbaycanlılarının maşın karvanı Azərbaycan bayrağının rənglərinə bürünmüş Niaqara şəlaləsinə doğru yola düşüb.
Aksiyada müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Gəncə üçün dua et!", "Erməni terrorçuluğuna son qoyun!", "Biz terrora yox deyirik", "İşğalçı dövləti dəstəkləməyin!", "Ermənistan - BMT qətnamələrinə əməl et!" kimi şüarlar səsləndirilib.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində onlarla insan həlak olub, dinc sakinlər ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
XƏBƏR LENTİ
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Bakının bu ərazisində bulvar salınır (Video)





