Siyasət

Erməni təxribatı nəticəsində Tərtərdə 118 ev tam dağılıb

19 Oktyabr 2020 09:39
Baxış: 1 578

Sentyabrın 27-dən bu günə qədər Tərtər Rayonun 36 yaşayış məntəqələrinə 13 min 136 mərmi düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, ermənilərin intensiv atəşə tutduqları rayon əraziləri Tərtər şəhəri, Şıxarx qəsəbəsi, Hüsənli, Qaynaq, Seydimli, Qazyan, Yuxarı Qapanlı, Qapanlı, Yuxarı Qaradağlı, Qaraağacı, Əskipara, Səhləbad, Borsunlu, Azad Qaraqoyunlu,İlxıçılar, Dəmirçilər, Aşağı Qapanlı, Evoğlu, İsmayılbəyli, Cəmilli, Bala Kəngərli, Düyərli, Yuxarı Sarıcalı, Ağkənd, Yenikənd, Bayandurlu, Soyulan, İrəvanlı, Kəngərli, Hacıqərvənd, Xoruzlu, Buruc, Bayandur, Qaradağlı və Köçərli kəndləridir. Hadisə nəticəsində 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Bununla yanaşı, hadisə nəticəsində 30 yardımçı tikililər tam dağılıb, 50-sinə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.