"Ermənilərin Gəncəni yenidən raket atəşinə tutması xalqımızın qələbə əzmini daha da yüksəltdi"
Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri tam iflasa uğradı. Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.
Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib: "Müxtəlif informasiya kanallarından alınan məlumatlardan da, verilən müsahibələrdən də görürük ki, düşmən qarşısına qoyduğu məqsədə nail ola bilmir. Çünki bu gün Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir. Bu da vətəndaşlarımızın yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradəsini nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərdiklərini ifadə edir".
Sədaqət Vəliyeva əlavə edib ki, vətəndaşlarımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirlər: "Heç bir azərbaycanlı şübhə etmir ki, bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensyalarının tələblərini kobud şəkildə pozan Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verəcək. Beynəlxalq ictimaiyyət də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var





