"Ermənilərin dağıtdığı evimin açarını hələ də saxlamışam" - Füzuli sakini
Ermənilər 1988-ci ildən özlərinin sıx yaşadığı ərazilərə azərbaycanlıların giriş-çıxışına çətinliklər yaratmağa başlamışdı.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında erməni vandalizmi səbəbindən evindən-obasından köçkün düşmüş Füzuli rayon Dilağarda kənd sakini 1956-cı il təvəllüdlü Vaqif Muxtarlı bildirib. Onun sözlərinə görə, həmin dövrlərdən etibarən ermənilərin azərbaycanalılara qarşı təxribatları başlamışdı:
"Onlar sıx yaşadığı ərazilərə azərbaycanlıların giriş-çıxışına əngəl olurdular. Kəndlərin girişinə gözətçilər qoymuşdular. Yalnız rəsmi şəxslərin, yaxud polis əməkdaşlarının həmin yerlərə girişinə imkan verirdilər. Artıq 1988-ci ildə Sumqayıt hadisələri baş verdikdən sonra ümumiyyətlə heç kəsi buraxmadılar".
V.Muxtarlı qeyd edib ki, o, Xocalı hadisələrinin də canlı şahidi olub:
"Xocalı işğal olunan gecə mən, Ağdamda idim, oraya yük gətirməyə getmişdim. Xocalı işğal olunduqdan sonra ermənilər artıq Füzuliyə istiqamətləndilər və rayon tədricən işğal edilməyə başladı. Onlar yuxarı kəndlərdən girdiyi üçün biz ilk köçkün düşənlərdən olduq. Mən Ağdamdan qayıdandan sonra artıq ailəmin kənddə olmadığını bildim, onlar Arazboyu kəndlərin birinə köçmüşdülər. Bir müddətdən sonra bu ərazilər də işğal olunduqdan sonra Şamaxıya köç etdik".
Vaqif Muxtarlı bildirib ki, o bu günə kimi yaşadığı evin açarlarını saxlayıb və tezliklə evinə qayıdacağı günü gözləyir:
"Ermənilərin dağıtdığı evimin açarını hələ də saxlamışam. Mən və ailəm də daxil olmaqla evimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Hətta xəritədə belə həmin yerlərə ara-sıra girib baxırıq. Füzilinin bərəkətli və torpağı zəngin olduğu üçün insanlar orada sənayə ilə deyil, yalnız mal-qara ilə məşğul olub. Düşünürəm ki, qayıtdıqdan sonra da bu işlər davam edəcək. İnanırıq ki, şanlı ordumuz tezliklə işğal altında olan bütün ərazilərimizi azad edəcək və mənim ailəm kimi qaçqın düşən bütün ailələr də öz evlərinə geri dönəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"





