"Onlar Rusiyanın mövqeyini burada zərbə altına qoyurlar"
"Mən təəccüblə bu mənzərəni izləyirəm. Əslində, Rusiyanın bəzi aparıcı kanallarının simaları bir də görürsən ki, nəinki anti-Azərbaycan mövqeyindən çıxış edirlər, hətta Rusiyanın rəsmi mövqeyinə zidd olan çıxışlar edirlər".
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Rusiya telekanallarında Ermənistan maraqlarını müdafiə edən şəxslər anti-Azərbaycan lobbisinin təmsilçiləridirlər:
"O aparıcıların adlarını çəkmək istəmirəm, mən onları bir daha bizim cəmiyyətimizə piar etmək istəmirəm. Amma bu insanlar özləri dərk etməlidirlər ki, onlar ümumiyyətlə Rusiyanın mövqeyini burada zərbə altına qoyurlar. O biri tərəfdən, bu, ondan xəbər verir ki, onlar anti-Azərbaycan lobbisinin təmsilçiləridirlər, Rusiya maraqlarına zidd çıxış etməyə başlayıblar. Görünür, onların gözlərini maliyyələşdikləri o mənbənin pulları yumub və belə çirkin vaitələrə əl atırlar. Özlərini güya Rusiya təssübkeşi kimi təqdim edirlər, Rusiya siyasətinin təbliğatçısı kimi özlərini göstərirlər, amma bu, belə deyil.
Artıq bu insanlar qırmızı xətti keçirlər
Dövlət başçımız dünənki çıxışında da birbaşa Rusiya xalqına müraciət etdi ki, bilsinlər ki, real vəziyyət nədən ibarətdir. Təəssüflər olsun ki, Rusiya KİV-lərində çalışanların çoxu illərdir səhv mənzərə yaradırlar. Dövlət başçımızın bu çıxışı əslində Rusiya xalqına ünvanlanıb və prosesləri olduğu kimi göstərib. Düşünürəm ki, Rusiya siyasi rəhbərliyi yerli telekanalların apardığı anti-Azərbaycan siyasətinə bilavasitə qarışmalıdır. Çünki artıq bu insanlar qırmızı xətti keçirlər, Rusiyanın maraqlarını sual altına qoyurlar. Prezidentimizin RBK telekanalına müsahibəsi zamanı qeyd etdiyi kimi, "Bu müharibə qurtaracaq, Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcəyik". Bax, bu son olaylar təəssüflər olsun ki, bizim münasibətlərimizə ciddi təsir göstərə bilər. Ona görə də aparıcılarının anti-Azərbaycan təbliğatı Rusiya rəhbərliyinə ciddi bir siqnal olmalıdır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)





