Səfir: "Qətər Azərbaycanın yanındadır"
BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazisinin bir hissəsini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan, eyni zamanda, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir, beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhalini hədəfə alır. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri növbəti təxribatlara başlayaraq, yaşayış məntəqələrimizi ağır artilleriya atəşlərinə məruz qoyub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qətər Dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Al Hinzab ilə görüşündə məlumat verib.
Nazir bu günlərdə Gəncədə yaşayış binalarının Ermənistan tərəfindən raket atəşinə tutulduğunu, bunun əslində insanlığa qarşı ağır cinayət olduğunu vurğulayıb. O, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət səviyyəsində həyata keçirdiyi terror hücumlarının ağır nəticələri, bu hücumlar nəticəsində həlak olanlar, yaralananlar, eləcə də mülki obyektlərə, evlərə dəyən ciddi ziyanlar barədə məlumat verib.
Sahil Babayev Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından və Qələbələrindən də bəhs edib. Azərbaycanın bu haqq savaşının məqsədinin ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün təmin edilməsi olduğunu vurğulayıb.
Azərbaycanla Qətər qeyd edən nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatları diqqətə çatdırıb. İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Feysal bin Abdullah Həməd Al Hinzab Azərbaycana ərazi bütövlüyünün bərpa olunmasını arzuladıqlarını diqqətə çatdırıb. "Hazırda baş verənlərlə bağlı Qətər sizlərin yanındadır. Dünya ictimaiyyəti, o cümlədən bizim xalq, işğal olunmuş ərazilərdə vəziyyəti yaxından izləyirik, "Əl-Cəzirə" telekanalı baş verən hadisələri işıqlandırır", - səfir bildirib.
Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi imkanları müzakirə olunub. Bunun üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyi, Əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsinin hazırlanmasının məqsədəuyğun ola biləcəyi qeyd edilib, İƏT Əmək Mərkəzinin yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
XƏBƏR LENTİ
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı





