"ASALA terrorçularının Qarabağa yerləşdirilməsi regional təhlükədir"
Ermənistan hakimiyyəti 90-cı illərin əvvəllərində də Azərbaycana qarşı təcavüzündə terrorçu və muzdlulardan istifadə edib.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
O qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan silahlı birləşmələrinin tərkibində terrorçular və muzdlulardan istifadə edilib: "Bu barədə 90-cı illərdə də xəbərlər var idi. Bundan sonra, 2000-ci ilin ortalarından başlayaraq Ermənistana muzdlu hərbçilərin gətirilməsinə başlandı. Hətta 2020-ci ilin ortalarında da, Tovuz hadisələrindən əvvəl də Ermənistan ordusunun Dağlıq Qarabağdakı hərbi birləşmələrinə Livan, Amerika Birləşmiş Ştatları və Avropa ölkələrindən muzdlu və terrorçular gətirilirdi".
Hərbi ekspert bildirib ki, bütün beynəlxalq təhlükəsizlik təşkilatları və dövlətlərin qanunlarında da muzdlu döyüşçülərin hərbi əməliyyatlarda iştirakı qanunaziddir: "Bu məsələnin birinci tərəfidir. Digər tərəfdən isə, bir-birinin ardınca terror aktlarında iştirak edən şəxlərin bu döyüşlərdə iştirakı hərbi cinayətdir. Beynəlxalq terror təşkilatı kimi tanınan ASALA üzvlərinin Dağlıq Qarabağa yerləşdirilməsi artıq regional problemə çevrilib. Beynəlxalq terror təşkilatlarının üzvləri 90-cı illərin əvvəllərində də Ermənistan ordusunun tərkibində Azərbaycan torpaqlarının işğalında iştirak edirdilər".
R.Məmmədli bildirib ki, ASALA terror təşkilatının Dağlıq Qarabağda yerləşdirilməsi, terrorçuların erməni hərbi birləşmələrinə cəlb olunması Çeçenstan hadisələrini təkrarlaya bilər: "Döyüşlərdə terrorçuların məğlub olması sonradan Ermənistan hakimiyyəti üçün də ciddi problem yarada bilər. Döyüş meydanlarını tərk edib region ölkələrinə gedən bu terrorçular həmin ölkələr üçün də təhlükə mənbəyi ola bilər. Ümumiyyətlə muzdlu döyüşçülərin qanuni hərbi birləşmələrə cəlb edilməsi, həmin ölkənin qanunlarına hörmətsizliyidir. Ermənistan birmənalı olaraq öz qanunlarına da hörmət etmir. Ermənistan bu cür terroçuların orduya daxil edilməsində maraqlıdır. Ermənistanın bu hərəkəti etməsinə səbəb onların ordusunda canlı qüvvə çatışmazlığıdır".
R.Məmmədli deyib ki, bu məsələyə Gürcüstan, Rusiya, Türkiyə, İran və digər ölkələr etirazını bildirməli və bunun qarşısı alınmalıdır: "Terrorçuların Qarabağa gətirilərək Ermənistan ordusunun tərkibinə cəlb edilməsi bütün beynəlxalq konvensiyalara ziddir. Bunun qarşısı tezliklə alınmalıdır. Əks təqdirdə bu, bölgədə təhlükəyə çevrilə və regional təhlükəsizliyə xələl gətirə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





