Prezident İlham Əliyev: Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur
Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev "France 24" televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.
Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü





