Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi daha da artırır - Hikmət Hacıyev - FOTO
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən "Smerç"lərdən istifadə edir. Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi atteşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Ermənistan hazırda da atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər şəhərləri atəşə tutur, gərginliyi daha da artırır: "Hazırda münaqişə ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Ermənistan öz ərazisindən Azərbayxanı atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncəni, Mingəçeviri və digər şəhərləri vurmaq üçün raketləri hazır vəziyyətə gətirib. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki beynəlxalq hüquqa əsasən, təhlükəsizliyi təmin etmək üçün təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququna malikdir. Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmşdi. Azərbaycan təhlükə mənbəyini neytrallaşdırmaq üçün beynəlxalq hüquqdan istifadə edərək tədbirlər görüb. Çünki biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
UEFA Çempionlar Liqası: Günün matçları
-
Onlayn satışla bağlı yeni qayda: Dövlət Vergi Xidməti açıqladı
-
Zelenskinin təyyarəsi az qala dronla toqquşub
-
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
-
Ceymi Karrager: “Arda Güler "Real"-dan ayrılmağı düşünməlidir"
-
Sentyabrda bəxti gətirəcək 3 bürc - Pul, sevgi və uğur qapıda
-
“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş ulduzunun oğlu evləndi - (Foto)
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
Bakıda və 3 rayonda işıqlar sönəcək
-
"Şəki yaylası"nda iki nəfərin ölümünə görə cinayət işi başlandı
-
“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Paytaxtın 6 küçəsində tıxac var
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)





