“France 24” Gəncə reportajı: "Dağıntıların altından cansız bədənlər bir-bir çıxarılarkən..." - VİDEO - FOTO
Fransanın "France 24" televiziya kanalı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış binaların, yaxınlarını itirmiş insanların görüntüləri təqdim olunur.
Kanalın Gəncədən hazırladığı reportajda jurnalist dağıntılar altından sağ çıxan insanlarla söhbət etdiyini, raketin gecə saatlarında yaşayış binalarının üzərinə düşdüyünü diqqətə çatdırır. "Dağıntıların altından cansız bədənlər bir-bir çıxarılarkən biz bu atəşin insan həyatına necə qıydığını aydın görürük", - deyə reportajda qeyd edilir. Diqqətə çatdırılır ki, Azərbaycan tərəfi raketin Ermənistanın Vardenis əyalətindən atıldığını bildirir.
Reportajda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevin fikirlərinə də yer verilir: "Biz Ermənistan tərəfinin bilərəkdən danışıqlar prosesini, həmçinin atəşkəs rejimini pozduğunu görürük. Biz burada ciddi dağıntılar görürük. Onlar Ermənistan ərazisindən raket sistemindən istifadə ediblər. Bu dağıntılardan sonra biz nədən danışa bilərik?".
Jurnalist dağıntılar zamanı uşaqları xəsarət alan bir ailəni ziyarət etdiklərini qeyd edir. Bildirir ki, buradakı insanlar beynəlxalq ictimaiyyətdən sərt mövqe gözləyirlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir





