Ukraynadakı azərbaycanlılar erməni təxribatları haqqında yerli ictimaiyyəti məlumatlandırır
Bu ölkədə yaşayan soydaşlarımız və fəaliyyət göstərən diaspor təşkilatları davamlı olaraq Ermənistanın hərbi təxribatları haqqında yerli cəmiyyəti məlumatlandırırlar. Bu ölkədə yaşayan soydaşlarımız həqiqətlərin yerli ictimaiyyətə və beynəlxalq aləmə daha dolğun çatdırılması üçün müxtəlif tədbirlər həyata keçirirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Radası sosial şəbəkələr üzərindən Ermənistanın törətdiyi 27 sentyabr təxribatı barədə məlumat yayıb. Məlumatda işğalçı Ermənistan ordusunun regionda sülhə və sabitliyə təhlükə olduğu bildirilib, Ermənistanın beynəlxalq hüquqa riayət etmədiyi, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri icra etmədiyi diqqətə çatdırılıb.
UABD sədri Hikmət Cavadov Ukraynanın "КП в Украине" portalına və ASPI informasiya agentliyinə müsahibə verib.
Müsahibədə diaspor rəhbəri, 27 sentyabrda Ermənistan ordusunun Azərbaycanın cəbhəboyu bütün ərazilərindəki yaşayış məntəqələrini atəşə tutması, Azərbaycan ordusunun bu təxribata cavab vermək məcburiyyətində qalması və əldə etdiyimiz qələbələrlə bağlı danışıb. O həmçinin, dinc Azərbaycan əhalisinə qarşı Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlərdən söz açıb, nəticədə mülki əhali arasında ölən və yaralananların olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda Azərbaycan ordusunun hərbi əməliyyatları öz torpaqlarımızda aparılır və buna görə heç kimin Bu məsələyə müdaxilə etməyə haqqı yoxdur. O həmçinin Ukrayna rəhbərliyinə göstərdiyi mənəvi dəstəyə görə təşəkkür edib və bildirib ki, Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib.
O cümlədən, UABD sədri Hikmət Cavadovun Azərbaycanın vesti.az portalında "Ukrayna azərbaycanlıları: "Azərbaycan ordusunun gücünə əminik" başlıqlı müsahibəsi də dərc olunub.
Müsahibənin tam mətni bu linkdə:
https://vesti.az/politika/azerbajdzhancy-ukrainy-my-uvereny-v-moshhi-azerbajdzhanskoj-armii-416909
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
"Mançester Yunayted" hesabda 3:0 öndədir - YENİLƏNİR - CANLI
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)





