Siyasət

Azərbaycan daha bir ölkədə səfirlik açır - Milli Məclis təsdiq etdi

30 Sentyabr 2020 13:17
Baxış: 1 855

Azərbaycan Kubada səfirlik açacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi daxil edilib.

Müzakirələr zamanı səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişaf etməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, hazırda Kubada Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory