Siyasət

Rusiyalı ekspert: "İlham Əliyev Paşinyanı yerində otuzdurdu"

30 Sentyabr 2020 10:56
Baxış: 2 230

"Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı yerində otuzdurdu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz "Twitter" səhifəsində yazıb.

O, ötən gün Rusiya televiziyasında baş tutmuş debatı şərh edib:

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi "60 dəqiqə" verilişinin canlı yayımını izlədim. Əliyev Paşinyanı yerində otuzdurdu - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məktəbi məhz budur".

O, daha bir paylaşımında isə N.Paşinyanın dünya liderlərinə zənglərini xatırladıb:

"Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.