Siyasət

Jan Fransua Mansel Fransadan ədalətli mövqe tələb edib

30 Sentyabr 2020 11:13
Baxış: 976

Fransanın paytaxtı Paris şəhərində fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi əməliyyatlara başlamasını sərt şəkildə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, fəxri millət vəkili Jan Fransua Manselin (Jean-Francois Mancel) imzaladığı bəyanatda bildirilir ki, Azərbaycan öz hüquqlarını müdafiə edir və yaranmış vəziyyət beynəlxalq birliyin ətalətinin nəticəsidir: "Beynəlxalq hüquq normalarını və BMT qətnamələrini pozaraq Dağlıq Qarabağı işğal edən Ermənistan növbəti dəfə təxribat törədib və ciddi toqquşmalar baş verib. Bu vəziyyət, təəssüf ki, münaqişəni nəzarətә aldıqdan sonra heç vaxt beynəlxalq hüquqa uyğun həll təklif edə bilməyən beynəlxalq birliyin ətalətinin nəticəsidir".

Qeyd edilib ki, Assosiasiya uzun illərdir bu münaqişənin dondurulmamasını, Ermənistanın işğal etdiyi əraziləri azad etməli olduğunu bildirir. "Bu istiqamətdə heç bir addım atılmasa yeni faciəlәr baş verәcәk. Fransa bu məsələdə öz sözünü deməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.