Siyasət

Ermənilərin təxribatı nəticəsində Şeyx Babı türbəsinə ziyan dəyib - FOTO

29 Sentyabr 2020 16:11
Baxış: 2 941

Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, hadisə nəticəsində Şeyx Babı türbəsinə ciddi ziyan dəyib:

"Sentyabrın 27-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri yenidən genişmiqyaslı təxribatlar törədərək Azərbaycan Respublikasının yaşayış məntəqələrini iri çaplı silahlardan atəşə tutub. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək həmin atəş nöqtələrini susdurmaqda davam edir. Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə (inv. 213) ciddi ziyan dəyib, tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.