Siyasət

XİN: Qazaxıstan kömək etməyə hazırdır

27 Sentyabr 2020 16:53
Baxış: 3 107

Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsində 27 sentyabr 2020-ci ildə qeydə alınmış gərginlikdən dərin narahatlığını ifadə edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Qazaxıstan tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görməyə, güc tətbiqindən imtina etməyə və danışıqlara başlamağa çağırır:

"Biz beynəlxalq təşkilatların platformalarında münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırıq. Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransının hazırkı sədri olaraq, biz Konfransın mövcud etimad tədbirləri paketindən istifadə etməyi təklif edirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.