Meksika prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Andres Manuel Lopez Obradora təqdim edib.
Azərbaycanın Meksikadakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, M.Talıbov ilk olaraq, prezident Lopez Obradora Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Öz tərəfindən təşəkkür edən Meksika prezidenti onun da salamlarını və ən xoş arzularını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu deyən səfir, Azərbaycanla Meksika arasında ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib, bu xüsusda Azərbaycanın Latın Amerikası regionunda ilk səfirliyinin məhz Meksikada təsis edildiyini, Meksikanın da Cənubi Qafqaz regionunda yeganə diplomatik nümayəndəliyinin Azərbaycanda fəaliyyət göstərdiyini xatırladıb.
Azərbaycanla Meksika arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq mövcud olduğunu deyən M.Talıbov, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün hazırda ən əhəmiyyətli məsələ olduğunu vurğulayaraq Meksikanın bu münaqişədə beynəlxalq hüquqa söykənən mövqeyinin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə olan dəstəyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Ölkəmizin Meksika ilə iqtisadi-ticari əlaqələrin inkişafında da maraqlı olduğunu söyləyən səfir, Azərbaycanın enerji daşıyıcıları istehsalı sahəsində dərin ənənələrə malik olduğunu və bu sahədə Meksika ilə əməkdaşlığa hazır olduğunu bildirib. Bununla yanaşı, M.Talıbov Azərbaycanın qlobal miqyaslı enerji və infrastruktur layihələrinin, o cümlədən Türkiyə ərazisində ən iri neft emalı zavodu və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası kimi layihələrin təşəbbüskarı və başlıca iştirakçısı olduğunu, bu xüsusda Meksika üçün olduqca vacib önəm daşıyan Dos Bocas neft emalı müəssisəsi və Tren Maya dəmiyolu xəttinin inşası prosesində ölkəmizin öz təcrübəsini Meksika ilə bölüşməyə hazır olduğunu qeyd edib.
Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndirilməsi üçün hərtərəfli imkanlar olduğunu deyən prezident Lopez Obrador, M.Talıbovun qeyd olunan hər iki layihənin icrası ilə yaxından tanış olmasının təmin edilməsi ilə bağlı görüşdə iştirak edən Xarici İşlər naziri Marselo Ebrarda tapşırıq verib. Eyni zamanda, Meksika dövlət başçısı enerji sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının araşdırılması, habelə hər iki ölkənin iş adamları arasında təmasların artırılmasının vacibliyini vurğulayıb.
Öz növbəsində, Xarici İşlər naziri M.Ebrard ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu, bu xüsusda Meksikanın BMT Təhlükəsizlik Şurasının 2021-2022-ci illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyinin Azərbaycan tərəfindən, BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycan rəhbərliyinin təşəbbüsününsə Meksika tərəfindən dəstəkləndiyini qeyd edib.
Görüşdə azərbaycanlı diplomat Ələt Azad İqtisadi Zonası haqda da Meksika dövlət başçısına məlumat verib, bu zonanın yaradılmasının meksikalı şirkətlərə Azərbaycanın yerləşdiyi regionda biznes fəaliyyətini artırmaq üçün geniş imkanlar açdığını söyləyib, habelə iki ölkə arasında mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əməkdaşlıq imkanlarının mövcudluğunu bildirərək hazırda bu sahələr üzrə müxtəlif təkliflər üzərində fikir mübadiləsi aparıldığını qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
-
Delimitasiya üzrə bu layihələr razılaşdırıldı - FOTO
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Əməkdaşlıq Sazişi təsdiqlənib
-
Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndələrimiz İrəvandadır - FOTO
-
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə strateji əməkdaşlığı müzakirə edib
-
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
"Adidas" heyvanlar üçün forma təqdim etdi
-
Aspirin xərçəng riskini azaldır?
-
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
-
Yastıq üzlərini neçə gündən bir dəyişdirmək lazımdır?
-
Quyruq yağı əridərkən iy gəlməsin deyə nə etməli?
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
Kəsib zibilə atırıq: Avropada qızıldan baha satılan "Yaşıl Qızıl" - FOTO
-
XTQ-nin yaradılmasından 27 il ötür
-
"Qərarımı vermişəm, onun kimi görünməyəcəyəm"
-
Günün qoroskopu: Sevgidə qarşılıqlı anlayış ön plandadır
-
Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO
-
"Məni ad gününə çağırmadılar"
-
Bakıda yeni xəstəxana tikiləcək
-
“Qorxuram ki, uşağın başına kərpic düşər” - VİDEO
-
Azərbaycanlı şoumen evlənir - FOTO
-
Üzüm yarpağı quru halda bankaya necə qoyulur?
-
Xalq artisti ağladı: “Səhər durub görəcəyəm ki, qızım…” - VİDEO
-
Binalar çökmə riski ilə üz-üzə: Şəhərlərin altındakı gizli təhlükə
-
Putinlə Tramp arasında telefon danışığı olub
-
"Atletiko Madrid" - "Arsenal" oyunu təxirə salına bilər
-
Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Mavi gözlülərin sirri: Hamısı tək bir adamın nəslindəndir





