YAP Gənclər Birliyi erməni təxribatı ilə bağlı bəyanat yaydı
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb.
Milli.Az bildirir ki, bəyanatda qeyd olunur ki, son zamanlar işğalçı Ermənistanın siyasi, hərbi, informasiya və digər sahələrdə Azərbaycana qarşı yönəldilmiş təxribatları daha intensiv xarakter alıb. Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesini tamamilə pozan bəyanatları bu ölkənin Azərbaycanla cəbhə xəttində və sərhəd bölgələrində mülki Azərbaycan vətəndaşlarının və yaşayış məntəqələrinin hədəfə alınması ilə törədilən hərbi təxribatlarla müşayiət olunmaqdadır.
Bu ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmış, düşmənə sarsıdıcı zərbə vurulmuşdur. Azərbaycan Ordusu düşmənin növbəti təxribatlarının, eləcə də kəşfiyyat-diversiya qrupunun məkrli əməliyyatının da qarşısını almış, Ermənistanın sərhəd bölgələrində məqsədli şəkildə təxribatlar törətmək planlarını ifşa etmişdir.
Bununla belə, öz çirkin əməllərindən əl çəkməyən Ermənistan dövləti 30 ilə yaxındır ki, işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun ərazilərindən qanunsuz hərbi birləşmələrin və terrorçu təşkilatların sığınacaq və təlim məkanı kimi istifadə etməkdədir. Bu məqsədlə Suriyadan, Livandan muzdlular, ASALA və digər terror təşkilatlarının üzvlərinin işğal olunmuş ərazilərdə kütləvi yerləşdirilməsi həyata keçirilir. Beyrutda baş vermiş məlum partlayışdan sonra Dağlıq Qarabağda erməni ailələrinin məskunlaşdırılması istiqamətində yeni kampaniyaya başlayan Ermənistan Livan ermənilərini də öz işğalçı siyasətinin alətinə çevirməkdədir. Ermənistanın bu fitnəkar əməli BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində qəbul edilmiş sənədlərə tamamilə ziddir.
Azərbaycan Ermənistanın bütün təxribatlarına xalqımızın birliyi, iradəsi, dövlətimizin və ordumuzun gücü ilə layiqli cavab verir. İyul döyüşlərindən sonra Azərbaycan cəmiyyətinin dövlətə və orduya dəstək nümayişi, on minlərlə gəncin könüllü olaraq orduya yazılması düşməni təşvişə salmışdır. Heç bir təxribat Azərbaycan dövlətini ərazi bütövlüyünün bərpa olunması istiqamətində ardıcıl, qətiyyətli və ədalətli mübarizəsindən döndərə bilməz. Yeni Azərbaycan Partiyasının gəncləri olaraq, işğalçı Ermənistanın istənilən təxribatının qarşısını almağa, düşmənə sarsıdıcı zərbə endirməyə qadir olan qəhrəman Azərbaycan Ordusunun sıralarında Vətənimizin ərazi bütövlüyü naminə Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir əmrini fədakarcasına yerinə yetirməyə hazır olduğumuzu bir daha bəyan edirik. Qoy yağı düşmən unutmasın ki, sıralarımızdakı yüzlərlə, minlərlə Mübariz İbrahimovlar, Polad Həşimovlar Ali Baş Komandanın bir əmri ilə işğalçıları darmadağın etməyə tam hazırdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama





