"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"
"Bu gün Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirən, davamlı inkişafın təminatçısına çevrilən "Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür. Məhz 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanı bir daha dünyaya sabitlik diyarı, böyük biznes imkanlarına malik ölkə kimi təqdim etdi.
Ümumiyyətlə, son 26 ildə "Əsrin müqaviləsi" Azərbaycana hansı uğurları qazandırdı" sualına cavab ölkəmizin bugünkü reallıqlarıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası hələ bundan yüz illər sonra da Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq, yeni-yeni layihələrə yol açmaqla ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı imicə dəyərli əlavələr edəcək".
Milli.Az xəbər veri ki, bu fikirləri KİV-ə açıqlamasındaYeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil"qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə diqqəti "Əsrin müqaviləsi"nin 26 illiyi ərəfəsində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminə, eyni zamanda, Prezident İlham Əliyevin bu mərasim çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsinə yönəldərək bildirib ki, dövlətimizin başçısının da vurğuladığı kimi, "Abşeron", bir ay bundan əvvəl isə "Qarabağ" və digər layihələrin icrası istiqamətində atılan addımlar bundan sonra da Azərbaycan iqtisadiyyatının tərəqqisində neft-qaz amilinin önəmli rolunu təsdiqləyir: "Prezident bu fikri xüsusi qeyd edir ki, neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, ölkə qurmaq üçün vasitədir. 2003-cü ildən başlayaraq "qara qızıl"ın insan kapitalına çevrilməsi tezisi irəli sürülərək bu istiqamətdə əldə olunan uğurlar da deyilənlərin təsdiqidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılmasında da əsas məqsəd neft gəlirlərinin istifadəsində şəffaflığın qorunması, ədalət prinsipinə üstünlük verilməsidir. Fondun maliyyələşdirdiyi istiqamətlərə diqqət yetirdikdə görürük ki, ölkənin hərtərəfli inkişafı əsas hədəfdir".
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin rolu böyükdür söyləyən V.Rəhimzadə qeyd edib ki, yaxın zamanlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünü qeyd edəcəyik: "Prezident İlham Əliyev uğurlara baxış fonunda ortaya çıxan "hələ 30 il tamam olmayıb, amma biz hansı işləri görürük" sualına cavab olaraq bildirdiyi kimi, Azərbaycan nefti tam şəkildə xalqın maraqlarına xidmət edir. Azərbaycan bütün beynəlxalq reytinqlərdə ən qabaqcıl yerlərdədir. Əməkdaşlıq əlaqələrini regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf etdirən Azərbaycan bu gün bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, cari ilin sonuna qədər layihənin digər tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması da deyilənləri bir daha sübut edir. 2017-ci ildə Ulu Öndərin müəllifi olduğu "Əsrin müqaviləsi"nin icra müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan "Yeni əsrin müqaviləsi"nin imzalanması bir daha Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu artırır. Bu gün Azərbaycanda uğurlu neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı sürətləndirilir, infrastruktur layihələri həyata keçirilir, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritet məsələ kimi öndə saxlanılır. Bu gün Azərbaycan infrastruktur layihələrinin icrasına verilən dəyərə görə dünyada qabaqcıl yerdədir. Davos Dünya İqtisadi Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdədir. Bir sözlə, "Əsrin müqaviləsi" Azərbaycana bütün sahələrdə uğurlar qazandırıb və hazırda bunların əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirilir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsidir. Prezident İlham Əliyev qeyd olunan müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etmişdir: "Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir." Azərbaycan neftinin 2006-cı ildə, 28 May-Respublika Günündə Ceyhan terminalına çatması da öz rəmzi mənası ilə diqqət çəkmişdi. Bu mühüm hadisə bir daha dövlət müstəqilliyimizin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin rolunu dünyaya təqdim etdi".
V.Rəhimzadə neft strategiyasının uğurla həyata keçirilməsində SOCAR-ın, onun tərkibində vahid məqsəd uğrunda fədakarlıqla çalışan çoxminli neftçi ailəsinin əməyini xüsusi vurğulayıb: "Prezident İlham Əliyev bütün çıxışlarında, müsahibələrində ölkəmizin enerji sektorunda qazandığı uğurlarda SOCAR-ın, o cümlədən qəhrəman neftçilərimizin xidmətlərindən geniş bəhs edir. Dövlətimizin başçısı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində də bildirmişdir ki, neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır: "Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm".
Vüqar Rəhimzadə qeyd edib ki, yeni neft strategiyasının əsas icraçılarından olan SOCAR bu gün dünya miqyasında modern beynəlxalq şirkətə çevrilib. Hazırda SOCAR Türkiyə, Gürcüstan, Ukrayna və digər xarici ölkələrdə böyük investisiya layihələri həyata keçirir. Şirkət ölkəmizdə zəngin neft-qaz ehtiyatlarına malik yataqların xarici tərəfdaşlarla birgə işlənməsini həyata keçirərək ixrac imkanlarımızı daha da genişləndirir. SOCAR-ın malik olduğu imkanlar ona hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa stimul verir. Ən əsası, qurumda yüksək ixtisaslı kadrların önə çəkilməsi müasir dövrün tələbləri ilə tam uzlaşır, yeni-yeni hədəflərə yol açır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır





