"Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır"
Xarici ölkələrdə, o cümlədən, ABŞ və inkişaf etmiş Avropa dövlətlərində vətəndaşların dinc aksiyalarına qarşı şiddət və güc tətbiq olunur. Dünyanın qabaqcıl Avropa ölkələrindən biri olan Fransada polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək üçün hətta ifrat güc tətbiqindən belə çəkinmir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, son günlər Fransada "sarı jiletlilər"in aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlər yayılır:
"ABŞ, Britaniya, Almaniya, İspaniya və digər Qərb ölkərində kütləvi aksiyalar zamanı polislər etirazçılara qarşı amansız davranışları ilə seçilir. ABŞ-da, Avropa ölkələrində insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini "qeydə almayan", özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirləri qəsdən konteksdən çıxarır, bunu tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar.
Avropada etiraz aksiyalarında nümayişçilər polis zorakılığına məruz qalsa da, heç zaman bu məsələlər nə müzakirəyə çıxarılır, nə də etiraz edilir. Lakin Azərbaycanda ən xırda nöqsan baş verərsə, onun ətrafında böhtan və iftiralar atmağa çalışırlar.
Azərbaycan polisi vətəndaşlarla rəftarında daim nəzakətli və təmkinli olmağa çalışır, peşə fəaliyyətində güc tətbiqini ən son məcburiyyət kimi qəbul edir. Bakıda keçirilmiş son aksiyalar bir daha bu reallığı aydın göstərdi.
Azərbaycan polisləri ölkənin sabitliyi, vətəndaşların təhlükəsizliyi üçün böyük fədakarlıq nümayiş etdirir və bu, ölkə ictimaiyyəti tərəfindən təqdir edilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Bakıda avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş





