Siyasət

Sahibə Qafarova Türkiyənin Ticarət naziri ilə görüşüb - FOTO

11 Sentyabr 2020 10:39
Baxış: 926

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Ticarət naziri Rühsar Pekcanla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə atıla biləcək addımlar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər sentyabrın 12-də başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.