"Bütün bunların cavabsız qalması Ermənistanı yeni təcavüzkar addımlara sövq edir"
Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanın Gəncə ilə bağlı planlarının ciddi olmağını nəzarətə götürməli və Ermənistanı yeni işğal planından geri oturtmaq üçün onun indiyə qədər atdığı təcavüzkar addımlarına layiqli cavabını verməlidirlər.
Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Dağlıq Qarabağdakı qondarma rejimin "başçısı" Araik Aratunyanın Gəncəni vurmaqla hədələməsi barədə danışarkən söyləyib.
Ekspert bildirib ki, Ermənistanın Gəncəyə olan iştahı onun indiyə qədərki təcavüzkar addımlarının cavabsız qalmağının birbaşa nəticəsidir.
"Ermənistanın təcavüzkar addımları və ölkəmizə qarşı aqressiv ritorikası cavabsız buraxıldıqca biz onların Azərbaycana qarşı yeni-yeni təcavüzkar addımlar və niyyətlər haqqında düşünməyə həvəsləndiyinin şahidi oluruq. Əgər zamanında Ermənistanın təcavüzkar addımlarının qarşısı kəsilsəydi, BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin icrasına nail olunsaydı, torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı beynəlxalq tələblər və hüquq normaları icra edilsəydi, əminəm ki, Ermənistanın xeyli təcavüzkar addımlarını məhdudlaşdırmaq mümkün olardı. Son iki ildə, yəni Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanın hərbi və siyasi rəhbərliyinin məşhur sülh əvəzində ərazilər prinsipindən açıq-aşkar imtina edərək Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürən bəyənatlarının cavabı verilsəydi , əlbəttə, indi belə vəziyyətlər ilə üzləşməzdik.
Biz hələ unutmamışıq ki, Ermənistanın Müdafiə naziri Amerika səfərindən qayıdandan sonra nəinki sülh əvəzinə torpaqlar prinsipindən imtina etdi, həm də Azərbaycanın digər torpaqlarına iştahasını açıq-aşkar ortaya qoyaraq yeni torpaqlar naminə növbəti müharibə bəyanatını verib. Təəssüf ki, onun bu bəyanatı da cavabsız qaldı. Təəsssüf ki, Ermənistanın Qarabağla hər hansı ərazi bağlılığı olmayan Tovuz rayonunda törətdiyi təxribatlar da, əslində, cavabsız qaldı. Təəssüflər olsun ki, Ermənistanın açıq-aşkar təcavüzkar mövqe tutmasına baxmayaraq Rusiya tərəfindən silahlandırılması addımlarına da beynəlxalq ictimaiyyət və idarələr o qədər də aktiv reaksiya vermədilər. Baxmayaraq ki, Azərbaycan lideri Rusiyanın Ermənistanı, təcavüzkar bir ölkəni silahlandırması ilə bağlı ortaya təkzibolunmaz faktlar qoymuşdu. Sözsüz ki, bütün bunların cavabsız qalması Ermənistanı yeni təcavüzkar addımlara sövq edir.
Onu deyim ki, Ermənistanın Gəncə ilə bağlı əsassız və uzun illərə gedib çıxan iddiaları var. Onlar Naxçıvana iddialı olduqları qədər Gəncəyə də eyni dərəcədə iddialıdırlar və hətta Gəncənin adını da dəyişdirərək erməniləşdiriblər. Onlar Gəncəni də qədim erməni şəhəri hesab edirlər. Buna görə də Ermənistanın bu gün Gəncə ilə bağlı işğalçı və hücum niyyətlərinə ciddi yanaşılmalıdır, buna Ermənistanın Azərbaycana qarşı davam edən və hələ dayandırılmayan ərazi iddialarının tərkib hissəsi və davamı kimi baxmaq lazımdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanın Gəncə ilə bağlı planlarını ciddi olmağını nəzarətə götürməlidirlər və Ermənistanı yeni işğal planından geri oturtmaq üçün onun indiyə qədər atdığı işğalçı, təcavüzkar addımların layiqli cavabını verməlidirlər".
Ekspertin fikrincə, bu hadisədə də Minsk qrupunun sükut mövqeyi bir daha sübut etdi ki, sözügedən qrup və həmsədrlik institutu tamamilə ölü bir instituta çevrilib. O bildirib ki, Ermənistanın hər hansı rayon və ya qəsəbə yox, Azərbaycanın ikinci paytaxtı sayılan Gəncə ilə bağlı təcavüzkar niyyətlərinə Minsk qrupunun hər hansı bir reaksiya verməməsi də bu qrumun tamamilə ölü və səmərəsiz quruma çevrildiyini sübut edir:
"Təəssüf ki, ATƏT-in Minsk qrupu əvvəlki dövrlərdə olduğu kimi, bu məsələdə də özünün sülh mövqeyini və fəaliyyətsizliyini bir daha nümayiş etdirir. Artıq Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupu həmsədrlik İnstitutunun tamamilə səmərəsiz və nəticəsiz quruma çevrilməsinə hər hansı şübhə qalmayıb. Onsuz da, bizim ictimaiyyətimiz bu qrupun tərkibinin dəyişdirilməsi barədə qəti qənaətə gəlib. Hər kəs hesab edir ki, Minsk qrupunun və həmsədrlərin tərkibi dəyişdirilməsə, Qarabağ probleminin dinc yolla həllində hər hansı bir nəticəyə nail olmaq mümkün deyil".
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı





