Siyasət

Deputat Sevil Mikayılova Türkiyənin "CNN Türk" telekanalına müsahibə verib - VİDEO

17 Avqust 2020 15:13
Baxış: 1 022

Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sənədin qüvvəyə minməsi böyük əhəmiyyətə malikdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin "CNN Türk" telekanalına müsahibəsində deyib.

Deputat iki qardaş və nümunəvi münasibətlər sərgiləyən ölkə tərəfindən bu sənədin imzalanmasının gözlənilən olduğunu vurğulayıb. S.Mikayılova sənədin önəmindən danışarkən qeyd edib ki, bu, iki ölkə arasında qarşılıqlı münasibətlərin, xüsusən turizm sahəsində əlaqələrin daha da inkişaf etməsinə müsbət təsir göstərəcək. Millət vəkili bunun münasibətlərdə yeni səhifə açacağını, daha böyük əməkdaşlıq və təmas üçün addım olacağını bildirib.

S.Mikayılova müsahibəsində həmçinin vuğulayıb ki, Azərbaycan və Türkiyə arasında keçirilən son təlimlər daha öncə təşkil edilən hərbi təlimlərin davamı olaraq qəbul edilməli və iki ölkə arasında strateji tərəfdaşlığın mühüm hissəsi kimi qiymətləndirilməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.