"Bu əməl Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub"
Rusiyanın Ermənistana, xüsusilə də işğalçı ölkənin Azərbaycanın Tovuz rayonu istiqamətindəki hər təxribatından dərhal sonra silah göndərməsi rəsmi Moskvanın beynəlxalq öhdəliklərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasına ziddir.
Bunu Milli.Az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın mülki əhalisini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutduqdan, Azərbaycanın dövlət sərhəddindəki yüksəklikləri ələ keçirməyə göstərdiyi cəhddən sonra işğalçı ölkəyə külli miqdarda hərbi təyinatlı yükün göndərilməsi Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirilmiş hərbi-siyasi təxribat xarakteri daşıyan əməl kimi qəbul oluna bilər: "Bu əməl Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub və Prezident İlham Əliyevin Rusiyalı həmkarı ilə bu barədə açıq mətnlə danışması dövlətimizin başçısının əzmini, qətiyyətini və təbii ki, Azərbaycan vətəndaşlarının vahid mövqeyini ifadə edir. Azərbaycanın milli maraqlarına təsir edən istənilən məsələ ölkənin siyasi hakimiyyəti üçün vazkeçilməzdir və bütün ikitərəfli, çoxtərəfli münasibətlərdə əsas kimi götürülür".
"BMT Nizamnaməsinin tələblərinə əsasən, Rusiya bu təşkilatın Təhlükəsizlik Şurasının daimi üzvü kimi sülhü və təhlükəsizliyi qorumağa, təcavüzə qarşı çıxış etməyə, təcavüzkarla bağlı BMT-nin hədəf və prinsiplərindən irəli gələn addlmları atmağa borcludur. Amma reallıqda isə, Rusiya təcavüzkara hərbi yardım göstərir və bununla da həyata keçirilməsinə görə məsuliyyət daşıdığı hədəf və prinsiplərin əleyhinə çıxış edir, bununla da beynəlxalq sülhü, təhlükəsizliyi açıq şəkildə təhdid edir. Ermənistana silah göndərilməsi işğalçının dəstəkləmənməsi, münaqişənin həllinə imkan verilməməsi, mövcud status kvonu möhkəmləndirilməsi, münaqişənin daha da genişlənməsinə imkan yaradılması deməkdir. Rusiya, o cümlədən ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri dəfələrlə mövcud ststus kvonun qəbuledilməs olduğunu vurğulasalar da, öz davranışları ilə faktiki olaraq mövcud vəziyyətin qorunub saxlanımasına, möhkəmləndirilməsinə xidmət edirlər", - ekspert deyib.
"ATƏT-in Minsk Qrupunun hər üç həmsədri öz əməlləri ilə işğalın davam etməsinə zəmin yaradır, münaqişənin ədalətli həllinə mane olur, işğalçıya hərtərəfli yardım göstərir, siyasi və hərbi dəstək verirlər. Bu isə, öz növbəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nə zamansa ədalətli, obyektiv mövqe nümayiş etdirəcəklərini şübhə altına alır. Məhz bu baxımdan, Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvü kimi proseslərdəki rolu artırılmalı, mövcud həmsədrlik formatı ləğv edilməli, yaxud Minsk Qrupu tamamilə buraxılmalıdır", - E.Mirzəbəyli vurğulayıb.
Aslan Məmmədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov





