Hikmət Hacıyevin EFE informasiya agentliyinə müsahibəsi bir sıra ölkələrin qəzet və xəbər saytlarında dərc edilib - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi İspaniyanın "Lavanguardia" qəzeti ilə yanaşı, ABŞ-ın "Holanews", Dominikan Respublikasının "Diariolibre" qəzetlərinin elektron platformalarında, Argentinanın "Infobae" xəbər saytında, Yahoo! News- Yahoo! tərəfindən yaradılan xəbər aqreqatorunda dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Azərbaycanın səbri tükənməz deyil" sərlövhəsi ilə dərc olunan müsahibədə ispandilli oxuculara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribat və onun nəticələri barədə məlumat verilir.
Hikmət Hacıyev müsahibədə rəsmi Bakının Ermənistan-Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirir. Qeyd olunur ki, Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edildiyi kimi qeyd-şərtsiz işğaldan azad edilməlidir.
Hikmət Hacıyev vurğulayıb: "Əks halda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü qorumaq və sərhədlərinin toxunulmazlığını təmin etmək hüququnu saxlayır".
O xəbərdarlıq edib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni hərbi iştirakı qabaqcadan söylənilə bilməyəcək potensial nəticələr riskinin mənbəyidir və Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi onun orta əsirlərə dair fikirlərə bağlılığını sübut edir.
Hikmət Hacıyev həmin müsahibəsində deyir: "Ermənistan münaqişənin həllində maraqlı deyil, o, indiki status-kvonu möhkəmlətməyə və onun müddətini uzatmağa çalışır.
Otuz ilə yaxındır ki, biz danışıqlar prosesində iştirak edirik. "Strateji təmkin" adlandırıla biləcək bu fakt ölkəmizin məsələyə konstruktiv münasibətinin parlaq nümunəsidir. Lakin biz nəticə əldə edilməsinə yönəlmiş məzmunlu danışıqların tərəfdarıyıq".
H.Hacıyev xəbərdarlıq edib ki, Bakı danışıqlar xatirinə danışığa getməyəcək, danışıqlar əbədi davam edə bilməz, çünki "indiki status-kvo yolverilməzdir və dəyişməlidir".
"Azərbaycanın səbri tükənməz deyil", - deyən H.Hacıyev vurğulayıb ki, işğal hərbi cinayətlərlə və insanlığa qarşı cinayətlərlə, etnik təmizləmələrlə müşayiət olunub. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, XXI əsrdə beynəlxalq münasibətlər cəngəlliklər qanunu ilə nizamlana bilməz.
İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin vaxtaşırı pozulmasına, azərbaycanlı hərbi qulluqçuların və bir nəfər dinc sakinin həlak olmasına gəldikdə isə, H.Hacıyev bu hadisələri qəsdən törədilmiş təxribat, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz adlandırıb. Onun fikrincə, Yerevan bu hərəkətləri etməklə bir neçə məqsəd güdür. Onun bir məqsədi qlobal neft-qaz və nəqliyyat layihələrinin Azərbaycanın şimal-qərbində Tovuz rayonunda yerləşən strateji infrastrukturuna ziyan vurmaqdır.
H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin daha bir məqsədi Ermənistanda ictimai rəyi daxili problemlərdən, amanabənd sosial-iqtisadi vəziyyətdən, müxalifətçilərin təqib edilməsindən və COVID-19 pandemiyasından yayındırmaq idi.
Hikmət Hacıyev sonda diqqətə çatdırıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışıb. Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb: "Azərbaycan Ordusu bütün hücumları dəf etdi və Yerevan öz məqsədlərinin heç birinə nail olmadı".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb - (Video)
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
XƏBƏR LENTİ
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü





