Ermənistan İsrailin enerji təhlükəsizliyinə təhdiddir
Erməni tərəfinin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar müxtəlif rakurslardan təhlil edilməkdədir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, son illərdə Ermənistanın ölkəmizin sərhəd toxunulmazlığına qarşı hərbi fəaliyyətində aktivləşmə müşahidə olunur. Unutmaq lazım deyil ki, ölkənin Şimal-Qərb bölgəsi və əsasən də Tovuz rayonu Azərbaycanın strateji əhəmiyyətli nəqliyyat və enerji layihələrinin keçdiyi marşrut üzərində yerləşir. Daha dəqiq desək, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri məhz Ermənistanın təxribat törətdiyi bölgədən keçməkdədir. Bu kontekstdə Ermənistanın son davranışları enerji layihələrinin gələcəyini təhlükə altına salır.
Eyni zamanda, toqquşmalar Azərbaycanın enerji məhsullarının əsas alıcıları olan ölkələrin də enerji təhlükəsizliyinə təhdid yaradır. Nümunə olaraq, Azərbaycanın siyasi, iqtisadi və hərbi nöqteyi-nəzərdən strateji tərəfdaşı olan İsrail dövlətini göstərə bilərik. Dövlət Gömrük Komitəsinin statistik məlumatına əsasən, 2019-cu ildə həcminə görə Azərbaycandan ən çox neft idxal edən ikinci ölkə İsrail olub . Azərbaycan neftinin əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri vasitəsi ilə İsrailə tədarükü həyata keçirilir. Nəticədə, Ermənistanın məsuliyyətsiz və provokativ davranışları İsrail-Azərbaycan əlaqələrinə, eləcə də İsrailin enerji təhlükəsizliyinə təhlükə yaratmış olur. Son dövrlərdə Ermənistan siyasi rəhbərliyi İsrail dövləti ilə əlaqələri genişləndirmək niyyətində olduğunu açıq şəkildə bildirir və bu il Təl-Əviv şəhərində Ermənistanın səfirliyinin açılması planlaşdırılır. Lakin dost və tərəfdaş İsrail dövləti anlamalıdır ki, Ermənistan hərbi avantüralarını gerçəkləşdirmək məqsədi ilə, diplomatik münasibətlər qurmağa çalışdığı İsrailin enerji siyasətini təhlükə altına qoya bilər. Beləliklə, Ermənistanın sərhəd bölgələrdə yaradacağı istənilən hərbi toqquşma, dost İsrail dövlətinin enerji tədarükünə təhdid təşkil edir və İsrailin qeyd olunan istiqamətdə Ermənistanın həmlələrinə daha diqqətli olması gərəkməkdədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)





