Siyasət

Avstraliyada Ermənistanın son hərbi təxribatları ilə bağlı etiraz aksiyası keçirilib - FOTO

23 İyul 2020 19:53
Baxış: 1 189

İyulun 23-də Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) üzvləri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribata etiraz bildirmək məqsədilə Sidney şəhərində etiraz aksiyası keçiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yeni Cənub Uels ştatının parlament binası önündə keçirilən etiraz aksiyasında "Yaşasın Azərbaycan!" və "Qarabağ Azərbaycandır!" şüarları səsləndirilib, Ermənistanın təcavüzünə son qoyulmasına çağırıblar.

Qeyd edək ki, Yeni Cənub Uels ştatında koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan qaydalara əməl edərək məhdud sayda və sosial məsafə gözlənilməklə təşkil olunmuş aksiyada iştirak edən azərbaycanlılar Ermənistanın işğalçı siyasəti barədə həqiqətləri ştat parlamentarilərinə və yerli ictimaiyyət nümayəndələrinə çatdırmağa çalışıblar.

Aksiyadan sonra diaspor təşkilatının ofisində toplaşan həmyerlilərimiz düşmən təcavüzü nəticəsində şəhid düşmüş hərbiçilərimizi yad edərək, hər zaman dövlətimizin və xalqımızın yanında olduqlarını bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.