Siyasət

Şefik Caferoviç: Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regional sülhə ciddi təhdid yaradır

18 İyul 2020 20:56
Baxış: 1 418

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

Məktubda Rəyasət Heyətinin Sədri Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə dərin başsağlığını çatdırmağı dövlətimizin başçısı İlham Əliyevdən xahiş edib.

O, ümidvar olduğunu bildirib ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.