Afət Həsənova: BMT-nin 31-ci xüsusi sessiyasının məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi tarixi hadisədir
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi ölkəmizə beynəlxalq aləmdə olan böyük etimadın və hörmətin bariz nümunəsi olmaqla yanaşı, dövlət başçımızın qlobal liderlik qabiliyyətinin daha bir göstəricisidir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, Azərbaycan ilk gündən koronavirus pandemiyasına qarşı təkcə yerli və regional səviyyədə deyil, o cümlədən qlobal miqyasda fəal mübarizə aparır.
Deputat bildirib ki, bu gün dünyada koronavirusa qarşı effektiv mübarizənin qlobal həmrəylik sayəsində mümkün olmasının vacibliyi qeyd olunur:
"Cənab Prezident İlham Əliyev ilk gündən məhz bu prinsipi əsas götürərək qlobal həmrəyliyin təmin olunması istiqamətində ciddi addımlar atıb və mühüm təşəbbüslərlə çıxış edib.
Pandemiyaya qarşı birgə mübarizənin vacibliyini önə çəkərək ilk dəfə məhz Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi və mühüm nəticələr əldə olundu.
Bunun ardınca isə Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən və beynəlxalq aləmdə 2-ci yerdə dayanan Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü baş tutdu.
Hər iki toplantı bu qlobal təhlükəyə qarşı mübarizədə dünya dövlətlərinin həmrəyliyinin və əməkdaşlığının möhkəmlənməsi istiqamətində mühüm addım oldu.
Bütün bunlarla kifayətlənməyərək, cənab Prezident daha möhkəm qlobal həmrəyliyin təmin olunması məqsədilə BMT-nın xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və dünya dövlətlərinin böyük dəstəyini qazandı.
Bildiyiniz kimi BMT tarixində 30 xüsusi sessiya keçirilib və 31-ci xüsusi sessiya məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilir. Bu çox mühüm tarixi və qürurverici bir hadisədir. Bu hadisə BMT tarixində Azərbaycanın adını əbədiləşdirəcək və daim ölkəmiz xüsusi olaraq qeyd ediləcək".
Deputat vurğulayıb ki, eyni zamanda ölkəmiz pandemiya dövründə ayrı-ayrı ölkələrə humanitar yardımlar edib: "Azərbaycan koronavirusla mübarizə çərçivəsində 30-dan artıq ölkəyə humanitar yardım edib, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə verib. Bütün bunlar ölkəmizin beynəlxalq həmrəyliyə və təhlüksəziliyə verdiyi mühüm töhfə olmaqla yanaşı ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı
-
Zehra Güneş: "Neymar yazdı ki, sevgilim yoxdur, türk yeməklərini sevirəm”
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər





