Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib
İyulun 2-də Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisdən Trend-ə bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.
Videokonfrans iştirakçılarını salamlayan spiker S.Qafarova pandemiya dövrünün tələblərinə uyğun olaraq, AŞPA-nın onlayn tədbirlərində davamlı olaraq iştirak edən nümayəndə heyətinin üzvlərinə ölkəmizin reallıqları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqla bu ümumi platformadan daha fəal və səmərəli istifadə etməyi tövsiyə edib. O, nümayəndə heyətimizin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, bundan sonra da səylərini əsirgəməyəcəklərinə ümidvar olduğunu bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizlə təşkilat arasında münasibətlərin indiki səviyyəsi barədə fikirlərini bölüşərək beynəlxalq təşkilatlardakı parlament nümayəndə heyətləri qarşısında duran vəzifələrin dövlətimizin milli maraqlarına uyğun şəkildə həyata keçiriləcəyinə inamını ifadə edib. Hikmət Hacıyev xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin gündəmində saxlanılması, Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması istiqamətində deputatların yüksək fəallıq göstərməsinin hücum diplomatiyamıza mühüm töhfələr verəcəyini bildirib.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov rəhbərlik etdiyi ofisin fəaliyyəti ilə bağlı məlumat verib.
Daha sonra görüş nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun nümayəndə heyətinin üzvləri ilə gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi şəklində davam edib.
Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Aparatın Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov iştirak ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
XƏBƏR LENTİ
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü





