Azərbaycan Prezidenti: "Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir"
Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib.
Prezident İlham Əliyev bildirib:
"Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: "Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür". O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir.
Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)





