Prezidentin köməkçisi Hikmət Hacıyev "RİA Novosti"də təhrif olunmuş və qərəzli xəbər yayılmasına münasibət bildirib
2020-ci il martın 21-də Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan "RİA Novosti"də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazisində yaradılmış qeyri-qanuni rejimin qondarma "prezidenti"nin "andiçmə" mərasiminə dair təhrif olunmuş və qərəzli xəbər yayılıb. "RİA Novosti" tərəfindən qondarma seçkilər və "andiçmə" mərasimi haqqında Azərbaycan Respublikasının rəsmi dövlət qurumlarının açıqlamaları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatları verilmədiyi halda qanunsuz rejimə aid xəbərlər geniş yayılır.
Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "RİA Novosti" agentliyində "Президент непризнанной Нагорно-Карабахской республики вступил в должность" başlığı altında verilmiş xəbərlə bağlı AZƏRTAC-a şərhində bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən kriminal rejim yaradılıb.
Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bütün dünya ölkələri, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də təsbit olunub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2020-ci ilin 31 mart və 14 aprel tarixlərində qeyri-qanuni olaraq təşkil edilmiş qondarma "prezident seçkiləri" beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türk Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb, rədd edilib və onun "nəticələri" heç bir hüquqi qüvvəyə malik deyil.
Prezidentin köməkçisi deyib: "RİA Novosti"yə bildirmək istərdik ki, mətndə istifadə olunan "Dağlıq Qarabağ Respublikası" və ya "Dağlıq Qarabağ Respublikası"nın "mərkəzi seçki komissiyası", "prezidenti" kimi ifadələr yanlışdır, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qanunsuz rejimi təşviq etmək cəhdlərindən başqa bir şey deyildir. Bu xəbərdə işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşanın adı təhrif olunaraq "Şuşi" kimi verilib. Şuşa şəhəri 1992-ci ildə işğal edilib.
"Birinci hal deyil ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın rəsmi mövqeyinə zidd olaraq dövlət informasiya agentliyi olan "RİA Novosti" tərəfindən belə qərəzli redaksiya siyasəti yürüdülür. Bu qəbildən olan qərəzli xəbərlərin yayılması Azərbaycan və Rusiya arasında olan strateji tərəfdaşlıq və dostluq əlaqələrinin ruhuna ziddir, Azərbaycan xalqının, xüsusilə məcburi köçkünlərin həssas hisslərinə toxunur.
Dezinformasiya və saxta xəbərlərin geniş yayıldığı müasir dövrdə "RİA Novosti"ni xəbərdə düzəliş etməyə çağırırıq. Eyni zamanda, ümidvar olmaq istərdik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar gələcək xəbərlərin verilməsində "RİA Novosti" siyasi-hüquqi və terminoloji baxımdan düzgünlüyü, obyektiv faktları və qərəzsizliyi əsas tutacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





