Siyasət

“Baku Network”un rəhbəri Elxan Ələsgərov “Əsrlərdən, illərdən - xatırlayın!” onlayn layihəsində - VİDEO

9 May 2020 10:50
Baxış: 1 020

"Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov "Şimal-Cənub" politologiya mərkəzinin "Ailənin tarixi, valideynlərin tarixi müqəddəsdir" mövzusuna həsr olunmuş "Əsrlərdən, illərdən - xatırlayın!" adlı onlayn layihəsində iştirak edib.

"Əsrlərdən, illərdən - xatırlayın!" onlayn layihəsi müharibə illərinin ağır yükünü öz çiyinlərində daşımış konkret insanlar haqqında bəhs edən videomüsahibələr seriyasıdır.

Layihənin süjetlərində Rusiya və MDB ölkələrinin ictimai xadimləri, axtarış hərəkatlarının fəalları vətənpərvərlik təşkilatlarının liderləri ailəvi, şəxsi xarakterli əhvalatlarını bölüşür. Onlar ailə üzvlərinin, yaşlı nəsil nümayəndələrinin iştirakçısı olduğu, müharibə illərinin real hadisələri barədə danışır.

Milli.Az Trend-ə istinadən Elxan Ələsgərovun iştirakı ilə videoyazını təqdim edir:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.