Siyasət

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edildi

8 May 2020 13:04
Baxış: 1 545

Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar "Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi haqqında" qanunu ilə müəyyən ediləcək.

Dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.