Siyasət

Azərbaycana qarşı yeni TƏXRİBAT: BMT qondarma rejimin 2 “sənəd”ini YAYDI

30 Aprel 2020 13:36
1 Şərh     Baxış: 2 634

BMT-də Azərbaycana qarşı növbəti təxribata yol verilib.   

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş Qarabağ torpaqlarında yaradılmış qondarma rejimin daha 2 "sənəd"i yayımlanıb.   

Qarabağdakı separatçı rejimin "xarici işlər nazirliyi"nin yaydığı həmin "sənədlər"dən biri (https://undocs.org/ru/A/74/801) 2016-cı ilin Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı Azərbaycanı ittiham edir. İkinci "sənəd"də isə (https://undocs.org/ru/A/74/818) BMT Baş katibi Antoniu Quterrişə dünyanın bütün "qaynar nöqtələri"ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb.

Xatırladaq ki, bundan əvvəl də, Ermənistanın BMT-dəki daimi nümayəndələrinin vasitəsilə qondarma rejim rəhbərliyi BMT-də rəsmi sənəd yaymağa nail olub. Həmin faktlarla bağlı Azərbaycan XİN-i BMT-yə kəskin etirazını bildirmişdi. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.