"Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb.
Prezident İlham Əliyev "Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.
Milli.Az