Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100 illiyi münasibətilə qardaş ölkəni təbrik edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarova deyib:
"Dünən Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100 illiyi münasibətilə Məclisin sədri Mustafa Şəntopa zəng etdim, deputatlar adından onu təbrik etdim".
Milli.Az