Siyasət

Sooronbay Jeenbekov: Ümidvaram ki, biz koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq və Azərbaycanın sədrliyi ilə əməkdaşlığı möhkəmlədəcəyik

10 Aprel 2020 22:57
Baxış: 919

Ümidvaram ki, biz koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq və Azərbaycanın sədrliyi ilə əməkdaşlığı möhkəmlədəcəyik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Qırğızıstan Prezidenti qeyd edib:

"Koronavirus infeksiyasına qarşı mübarizədə bütün dünyaya uğurlar, tezliklə adi həyata qayıtmaq və dövlətlərimizin firavanlaşmasını arzu etmək istərdim. Bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə və Türk Şurasına dərin minnətdarlığımı bildirirəm.

Qırğız Respublikasının Prezidenti qeyd etdi ki, müasir dövrün ən vacib çağırışı koronavirus infeksiyasının dünyada yayılmasıdır. O, Qırğızıstanda bu xəstəliyə qarşı mübarizədə görülən işlərdən danışdı və ölkəsinin ciddi təhdidlərlə üzləşdiyini vurğulayaraq dedi:

"Təəssüf ki, bizim ölkəmizdə də yoluxmuş insanların sayı artır. Virusun yayılmasının qarşısını almaq və iqtisadiyyatı dəstəkləmək üçün hər cür tədbir görülür. Vəziyyət tam nəzarətdədir. Fürsətdən istifadə edib Türk Şurasının üzvü olan dövlətlərin - Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyənin rəhbərliyinə bizə göstərdikləri köməyə görə təşəkkürümü bildirmək istəyirəm".

Prezident Sooronbay Jeenbekov koronavirus infeksiyasının dünyada yayılmasının və bunun nəticəsində yaranmış vəziyyətin davamlı xarakter almasının çoxsaylı risklərə səbəb olduğunu bildirdi, pandemiyanın qarşısını almaq üçün birgə səylərin əhəmiyyətinə toxunaraq dedi:

"Türk Şurasında Azərbaycanın sədrliyi çox mürəkkəb dövrdə keçir. Ümidvaram ki, biz koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq və Azərbaycanın sədrliyi ilə iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlığı möhkəmlədəcəyik. Ümid edirəm ki, ölkələrimizin əməkdaşlığı səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.