Siyasət

Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub

10 Aprel 2020 22:05
Baxış: 796

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Bildirilir ki, tərəflər mövcud vəziyyəti və hər iki dövlətin COVID-19 ilə mübarizə çərçivəsində gördüyü tədbirləri müzakirə ediblər: "Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılmasına dair razılığa gəliblər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.