Siyasət

İqtisadiyyat nazirinə yeni müavin təyin edildi

2 Aprel 2020 10:41
Baxış: 2 388

Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sərəncamla Sahib Nurəddin oğlu Ələkbərov bu vəzifəyə təyin olunub.

Sahib Ələkbərov 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.