Siyasət

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək - FƏRMAN

1 Aprel 2020 17:38
Baxış: 2 527

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.

Sənəddə sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.