Siyasət

Abşeron, Xızı, Siyəzən və Şabranda qazlaşdırma işlərinin davam etdirilməsinə 10,92 milyon manat ayrılıb

13 Mart 2020 10:46
Baxış: 884

Prezident İlham Əliyev martın 13-də "Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 mart tarixli Sərəncamı ilə bu ərazilərdəki yaşayın məntəqələrinin siyahısı təsdiq edilib.

Sıra

№-si

Ərazi vahidləri

 

Abşeron rayonu

1.

Qobu qəsəbəsində yeni massiv

 

Xızı rayonu

1.

Qızılqazma kəndində yeni massiv

2.

Yarımca kəndində yeni massiv

 

Siyəzən rayonu

1.

Qalaaltı kəndi

2.

Məşrif kəndi

 

Şabran rayonu

1.

Ceyranlı kəndi

2.

Əmirxanlı kəndi

3.

Qazbabalı kəndi

4.

Vələsli kəndi

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.