Siyasət

Azərbaycanın Rostov vilayəti ilə əməkdaşlığı çərçivəsində işçi qrupu yaradılacaq

4 Mart 2020 16:45
Baxış: 775

"Azərbaycanın Rostov vilayəti ilə əməkdaşlığı çərçivəsində münasibətlərin daha da dərinləşməsi üçün işçi qrupu yaradılacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Azərbaycanda Rostov vilayəti günləri" biznes forumu çərçivəsində deyib.

O bildirib ki, həm Azərbaycanın, həm də Rostov vilayətinin dinamik iqtisadi inkişafı nəzərə alınmaqla qarşılıqlı münasibətlərin yüksək potensialı əməkdaşlığın mərhələli və düşünülmüş şəkildə inkişafı üçün böyük imkanlar yaradır:

"Ona görə də biz münasibətlərin inkişafı ilə məsələləri ləngitməmək barədə razılıq əldə etmişik və bugünkü danışıqların yekununda işçi qrupu təşkil olunacaq. Bu qrupun fəaliyyətinin əlaqələndirilməsi Azərbaycanın Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.