Elxan Ələsgərov: Paşinyanın "Mənim addımım" bloku və Ermənistanda çiçəklənən faşizm
Ermənistanın baş naziri Nikol Paşinyanın Münxendə səsləndirdiyi Azərbaycanla Dağlıq Qarabağın heç bir halda eyni siyasi məkanda ola bilməyəcəyi barədə açıqlmalar İkinci Dünya Müharibəsində faşist Almaniyası liderlərinin ritorikası ilə bənzərlik təşkil edir.
Erməni lider və hakim "Mənim addımım" bloku getdikcə daha çox Hitler, Gebbels və digər faşist liderlərinə bənzəyirlər. Bunu Yerevanda səslənən guya ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu və guya Qafqazda tarixən yalnız ermənilərin yaşadığı və bütün ərazilərin onlara məxsus olması barədə açıqlamalar təsdiq edir.
Ölkədə çiçəklənən faşizm və irqçilik rəsmi Yerevanda əminlik yaradır ki, terror yolu ilə ölkə daxilində siyasi rəqibləri aradan qaldırmaq, beynəlxalq arenada isə demokrat və inqilabçı simasında yalan danışmaq olar. Nasist Almaniyası ilə olduğu kimi, Yerevan da öz işğalçı ordusunun fəaliyyətini sülh haqqında yalan bəyanatlarla ört-basdır edir. Eyni zamanda öz ritorikasını qarşı tərəfin adına yazır. Növbəti dəfə dünya Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı müzakirələr zamanı bunun şahidi oldu. Erməni baş nazirin açıqlamaları bir daha təsdiq edir ki, bugünkü Ermənistan faşist dövlətinin qanunları ilə yaşayır.
Bu, Ermənistanın təkmillətliliyi, azərbaycanlıların etnik təmizlənməsi, milli və dini azlıqların təqib olunması, böyük dövlət ambisiyaları, eləcə də beynəlxalq hüquq və humanizm prinsiplərinə etinasızlıqdır. Yerevanda ardıcıl olaraq nasizmin qəhrəmanlaşdırılması prosesi və faşist Almaniyası tərəfində döyüşənlərin milli qəhrəman səviyyəsinə yüksəldilməsi baş verir. Yerevanın mərkəzində rəsmi şəxslərin iştirakı ilıə erməni faşisti Njdeyə abidə ucaldılıb. Faşzimin girovuna çevrilən baş nazir Paşinyan bir tərəfdən "Qarabağ Ermənistandır" kimi ekspansionist açıqlamaları ilə faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə ziyan vurur, digər tərəfdən isə işğalçı ordusunun hərbi büdcəsini artırır. Beynəlxalq Konversiya İnstitutunun Qlobal hərbiləşmə indeksinə əsasən Erməistan dünyanın ən çox hərbiləşən ölkələri arasında üçüncüdür. Hakim "Mənim addımım" fraksiyası və baş nazir Paşinyanın simasında faşizmin Ermənistanda hakim ideologiyaya çevrilməsi şəraitində Azərbaycan bu ölkəyə qarşı yanaşmasını təkrar nəzərdən keçirməli və dünya ictimaiyyətinin diqqətini buna cəlb etməlidir. Aqressiyanın qarşısının alınması üçün Ermənistana qarşı multikulturalizm və müxtəlif xalqların dinc birgəyaşayışı prinsiplərinin hökm sürdüyü ölkələrdən ibarət antifaşist koalisiyasının yaradılmasınn vaxtı çatıb.
"Baku Network" Ekspert Şurasının direktoru,
Fəlsəfə doktoru Elxan Ələsgərov
Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı





