Siyasət

Daha 2 seçki məntəqəsində nəticələr etibarsız sayılıb

20 Fevral 2020 19:47
Baxış: 1 648

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Ağasif İbrahimovun (Şakiroğlu) müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Validə Kazımova məlumat verib.

MSK üzvü bildirib ki, namizəd müraciətində müşahidəçilərə şəraitin yaradılmamasını və digər məsələləri qeyd edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir pozuntu aşkarlanmayıb. Həmin dairə üzrə 1 seçki (24 saylı) məntəqəsinin nəticəsi etibarsız sayılıb".

Məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

***

İclasda 11 saylı Qaradağ Seçki Dairəsindən olan namizəd Məmmədov Samirin müraciətinə də baxılıb.

Bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, iddiaçı DSK-nın hərəkətsizliyini mübahisələndirib: "Araşdırma zamanı mübahisələndirilən 1 seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanmayıb. Namizəd tərəfindən təqdim edilən görüntülərin araşdırılması zamanı 30 saylı seçki məntəqəsində səslərin sayılması prosesində qanun pozuntuları aşkarlanıb. Təklif edirəm ki, həmin seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın".

MSK şikayəti müzakirəyə çıxarıb və 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Şikayət qismən təmin edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.