Şefçoviç: "Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylər yekun mərhələyə daxil olur"
Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylər yekun mərhələyə daxil olur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, Münxen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşüb:
"Biz birlikdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzərində böyük səylə işləmişik. Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylərimiz yekun mərhələyə daxil olur".
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" ilə Azərbaycan qazının Avropaya nəqli bu il başlayacaq.
Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Video/Foto)
-
Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
-
Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
-
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqlənib - FƏRMAN
-
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
XƏBƏR LENTİ
-
Bu da Kasilyasın Venesuela gözəli olan yeni sevgilisi - (Fotolar)
-
Həftə ərzində az yatırsınızsa, bunu edin
-
"Neftçi" qapıçısı Kenan Piriçlə yolları ayırdı
-
Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
-
"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım - (Video)
-
Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub - (Foto)
-
İsveçdən Polşaya üzüb keçən ilk insan: 56 saat fasiləsiz üzdü - (Video)
-
Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik
-
"Real"ın gənc ulduzu saxlanıldı
-
Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
-
Məşhur britaniyalı bloqer Lənkəranda başına gələn hadisədən video paylaşdı
-
Kürdəmir və İmişlidə avtovağzal xidməti təşkil ediləcək
-
62 yaşlı türk aktrisanın bağında əyləncəli anlar: Çimərlik geyimində su davası - (Video)
-
Soyuq hava ilə bağlı xəbərdarlıq edildi
-
"Barselona" 2 futbolçusunu göndərdi - Yeni klubları bəlli oldu
-
Mediasiya ilə bağlı yeni kitab işıq üzü gördü - (Foto)
-
Messinin 10 nömrəli formasını o geyinəcək
-
DİM sədri magistratura üzrə nəticələri açıqladı - Bu ixtisaslarda yerlər doldu
-
MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər saxlanıldı - (Video)
-
"Hürrem sultan" makiyajsız fotosunu yaydı
-
Azərbaycan vasitəsilə Ermənistana dizel yanacağı ixrac olunacaq
-
“Qalatasaray”dan daha bir transfer: PSJ-nin yetirməsini aldı
-
Rusiyada 12 il əvvəl qətl törətmiş şəxslərə 15 il həbs tələb edildi
-
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq





