Siyasət

MSK bu dairələrlə bağlı qərar qəbul etdi - SİYAHI - YENİLƏNİB

15 Fevral 2020 15:13
Baxış: 4 667

15:13

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK-da fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirilir.

İclasda bildirilib ki, 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 8 saylı Binəqədi birinci, 15 saylı Yasamal birinci, 34 saylı Xətai İkinci, 13 saylı Xəzər-Pirallahı, 112 saylı Qax, 40 saylı Kəpəz ikinci (Gəncə), 32 saylı Suraxanı üçüncü, 29 saylı Səbail, 63 saylı Sabirabad birinci, 47 saylı Mingəçevir, 31 saylı Suraxanı ikinci, 16 saylı Yasamal ikinci, 60 saylı Salyan-Neftçala, 107 saylı Qazax, 18 saylı Nərimanov-Nizami, 84 saylı Füzuli, 17 saylı Yasamal üçüncü, 31 saylı Suraxanı, 23 saylı Nəsimi-Səbail, 77 saylı Astara, 112 saylı Qax, 40 saylı Kəpəz ikinci (Gəncə), 32 saylı Suraxanı üçüncü, 82 saylı Ağcəbədi, 25 saylı Nizami ikinci, 120 saylı Cəbrayıl-Qubadlı, 57 saylı Kürdəmir, 18 saylı Nərimanov-Nizami, 95 saylı Tərtər, 46 saylı Şirvan, 78 Lerik, 84 saylı Füzuli, 12 Qaradağ-Binəqədi-Yasamal, 79 saylı İmişli şəhər, 91 saylı Ucar, 11 saylı Qaradağ, 85 saylı Şamaxı, 19 saylı Nərimanov birinci, 70 Masallı şəhər seçki dairələri üzrə müraciətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

Xatırladaq ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

--------

14:30

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələri üzrə müraciətlər araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndəriləcəyi bildirilib.

Xatırladaq ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

---------

14:05

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK-da fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.