Bəhruz Quliyev: "Dairələrin nəticələrinin ləğv olması demokratiyanın göstəricisidir"
"Azərbaycanda keçirilən parlament seçkiləri həqiqətən də xalqın iradəsini ifadə edib".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "SƏS" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, həm aparılan sənədləşmə, təşviqat, həm də seçki prosesinin özü kifayət qədər demokratik dəyərlərə əsaslanmış, dünya standartlarına cavab verən seçki keçirildiyini göstərib:
"Eyni zamanda, bu mexanizmi həyata keçirən qurumun kifayət qədər şəffaf fəaliyyətini diqqətə çatdırıb. Bu, tək bizim yox, bütün beynəlxalq təşkilatların rəyidir. Hətta bütün dünyada keçirilən seçkiləri, siyasi prosesləri tənqid edən ATƏT-in Parlament Assambleyası da seçkilərin neqativ tərəfləri ilə bağlı öz tövsiyələrini versə də, rəyinin əsas hissəsi pozitiv elementlərə söykənib. Beynəlxalq təşkilatların və digər dövlətlərin parlamentlərindən gələn müşahidə missiyaları da sözün əsl mənasında Azərbaycanda keçirilən seçkilərin tam şəkildə xalqın marağını ifadə etdiyini öz rəylərində göstəriblər".
Siyasi şərhçi qeyd edib ki, sözsüz, bütün dünyada keçirilən seçkilərdə neqativ hallar olur: "Heç bir ölkədə kamil, ideal seçki yoxdur. Çünki orada insan faktoru var. Aparılan işin insan amilinə söykəndiyi yerdə hər hansı çatışmazlıq, neqativ hal, texniki problem olmalıdır. Ona görə ki, seçilən də, seçən də, seçki prosesini keçirən də insandır və insanların hər biri eyni səviyyədə savadlı, öz hüquqlarını və seçki hüquqlarını bilən deyil. Məhz bütün bunlara görə də, bəzi məqamlarda texniki qüsurların yaranması qaçılmazdır.
Həmin qüsurlar əgər seçkinin mahiyyətinə, ümumi ruhuna və seçkinin nəticələrinə əngəl törətmirsə, bu cür qüsurların olması problem yaratmır. Həyata keçirilən parlament seçkilərinin ümumi nəticələrinə nəzər saldıqda, seçkinin keçirilməməsi və ya uğursuz olması anlayışı yoxdur. Kifayət qədər mükəmməl seçki keçirilib, qüsurlar isə Cənab Prezident səviyyəsində dilə gətirilib və qeyd olunub ki, bu qüsurlarla bağlı araşdırmalar aparılmalıdır. Mərkəzi Seçki Komissiyasının da missiyalarından biri də məhz qüsurları araşdırmaq, onları aradan qaldırmaq və günakarları qanunvericiliyə əsasən cəzalandırmaqdan ibarətdir".
B.Quliyev vurğulayıb ki, 4 dairə ləğv olunub, lakin bunların sayı arta da bilər: "Lakin bu, o demək deyil ki, seçkinin ümumi nəticələri ləğv olunmalıdır. Dairələrin nəticələrinin ləğv olması demokratiyanın göstəricisidir. Deməli, daxil olan şikayətlər sözün əsl mənasında araşdırılır və həmin şikayətlər nəzdində sözügedən məntəqədə qanun pozuntusu olubsa, lazımı addımlar atılır. Bu, demokratiyaya doğru atılmış növbəti addımdır. Bütün bunlar nümunəvi hallardır, yalnız və yalnız təqdir olunmalıdır. Namizədlər öz işlərini qurarkən, təbliğat-təşviqatlarını apararkən artıq onlar qalib və ya məğlub ola biləcəkləri barədə ilkin təəssüratları var idi. Bu da özlüyündə qeyri-adi bir hadisə deyil. Bu, siyasi mübarizədir və siyasi mübarizədə tərəflər bir-birinin əlini sıxmağı bacarmalıdırlar. Siyasi mübarizə məişət və ya şəxsi mübarizə predmetinə çevrilməməlidir. Lakin bəzi sifariş yerinə yetirən qruplaşmalar əvvəlcədən də seçki prosesi başa çatdıqdan sonra hansı addımları atacaqlarını planlayıblar. Bu nə xalqın, nə də namizədin fikridir. Bütün bunlar xaricdən gələn sifarişləri yerinə yetirən missionerlərin fikridir. Bu addımlar Azərbaycan vətəndaşlarının iradəsinə zidd addımlardır və xalq heç bir zaman siyasi müstəvini digər müstəvilərə çevirib manipulyasiya edərək dövlətin və xalqın əleyhinə istifadə etmək istəyən qüvvələrə icazə verməyəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - (Foto/Video)
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
-
Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra sisteminin tətbiqi ilə bağlı qərar imzaladı
XƏBƏR LENTİ
-
"Yeraltı"nın aktrisası, Devrim Özkan reklamdan 11 milyon qazandı
-
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
Günün qoroskopu: Münasibətlərdə harmoniyanı tapmaq üçün çalışmalısınız
-
Şagirdlər üçün ev tapşırığı minumuma endirilə bilərmi? - AÇIQLAMA
-
Ufuk Özkanın son halı - (Foto)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir? - Emin Əmrullayevdən izah
-
Şakiranı öpüşə qərq etdi - FOTO
-
"WhatsApp"a yeni rəhbəri - Kunal Şah
-
Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
-
DÇ-2026 - Argentina Avstriyanı məğlub etdi
-
Yuxu turizmi: Klassik yay tətilini əvəz edən 72 saatlıq yeni qaçış yolu
-
Bürcünüzə görə bu yay izləməli olduğunuz klassik film
-
Nazir: Dərsliklərdə ciddi məzmun problemləri mövcuddur
-
Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq
-
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq
-
Ağdamda qaz olmayacaq - Yenilənib
-
Messi dünya çempionatlarının bombardiri oldu
-
Qara dənizdə Türkiyəyə gəminə hücum, yaralılar var
-
Sinop mantısı resepti
-
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika yarışlarına start verilib (Foto)
-
Emrah kirayədən aylıq 10 milyon qazanır
-
Akademik Musiqili Teatrda tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub - (Foto/Video)
-
Ukrayna Voronejə hücum edib, 5 nəfər ölüb





